Azərbaycanda valyuta hərracında dollara tələb 10% azalıb

Azərbaycanda valyuta hərracında dollara tələb 10% azalıb Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Maliyyə
7 May , 2020 13:33
Azərbaycanda valyuta hərracında dollara tələb 10% azalıb
Report

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb mayın 5-nə nisbətən 6,4 milyon ABŞ dolları və yaxud təxminən 10,2% azalaraq 56,5 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi