Azərbaycanda ÜDM-in həcmi 3,9% azalıb

Azərbaycanda ÜDM-in həcmi 3,9% azalıb İqtisadi geriləmənin dərinləşməsinə tikinti sektorunda istehsalın azalması səbəb olub
Maliyyə
154
17 Oktyabr , 2016 17:26
Azərbaycanda ÜDM-in həcmi 3,9% azalıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan rezidentləri tərəfindən 43 436,3 mln. manat və ya əhalinin hər nəfərinə 4 512,5 manat dəyərində ümumi daxili məhsul istehsal edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ÜDM-in 65,7%-i iqtisadiyyatın qeyri-neft sahələrində, 34,3%-i isə neft-qaz sektorunda istehsal edilib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,4%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1,8%, sənayedə 1,0% artıb, tikintidə 32,0%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,2%, iqtisadiyyatın digər sahələrində isə 2,5% azalıb.

Tikinti sektorunda istehsalın azalması cari ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsulun əvvəlki ilin eyni dövrünə nisbətən 3,9% azalmasına təsir edən əsas amil olub.

Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 38 027,8 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1% az ÜDM istehsal edilib.

Son xəbərlər

Orphus sistemi