Azərbaycanda törəməsi olan Türkiyənin aparıcı bankının rəhbəri dəyişib - YENİLƏNİB

Azərbaycanda törəməsi olan Türkiyənin aparıcı bankının rəhbəri dəyişib - YENİLƏNİB Hüseyn Aydını Alparslan Çakar əvəz edib
Maliyyə
26 Mart , 2021 17:00
Azərbaycanda törəməsi olan Türkiyənin aparıcı bankının rəhbəri dəyişib - YENİLƏNİB

Türkiyənin "Zıraat Bank"ının yeni baş direktoru məlum olub.

"Report" türk mətbuatına istinadən xəbər verir ki, bu, Alparslan Çakardır.

O, indiyə qədər Bankın Pərakəndə bankçılıq departamentinin baş direktorunun köməkçisi olub.

09.08

Türkiyənin ən böyük bankı, dövlətə məxsus “Zıraat Bank”ın baş direktoru Hüseyn Aydın vəzifəsini tərk edir.

“Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bu barədə qərar Bankın səhmdarlarının növbəti ümumi yığıncağında qəbul olunub. H.Aydının bundan sonra həm də Türkiyə Banklar Birliyinə rəhbərlik etməyəcəyi bildirilir.

Türkiyənin ODA TV-sinə danışan H.Aydın isə belə deyib: "Mən istefa vermirəm, vəzifəmi başqa birinə həvalə edirəm. Bu, normal prosesdir".

O, həmçinin yeni vəzifəsi ilə bağlı suala cavab olaraq gələcəkdə açıqlama veriləcəyini deyib.

Xatırladaq ki, 2014-cü ildən “Zıraat Bank”ın Azərbaycanda törəməsi ("Zıraat Bank Azərbaycan" ASC) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi