Azərbaycanda tikinti sahəsində işləyənlərin nominal əmək haqqı 18,6% artıb

Azərbaycanda tikinti sahəsində işləyənlərin nominal əmək haqqı 18,6% artıb Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 927,8 manat olub
Maliyyə
15 Fevral , 2017 19:44
Azərbaycanda tikinti sahəsində işləyənlərin nominal əmək haqqı 18,6% artıb

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanda tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 18,6% artaraq 813,7 manata çatıb. 

"Report" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 927,8 manat, dövlət sektorunda isə 527 manat olub. Ötən illə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində işləyənlərin orta aylıq nominal əmək haqqı 21,6%, binaların tikintisində 14,9%, mülki təyinatlı inşaat işlərində çalışanların isə 0,9% artıb.

Ötən ildə tikinti sahəsində muzdla çalışan işçilərin orta siyahı sayı 95,2 min nəfər təşkil edib, onların 48,2 min nəfəri binaların tikintisində, 24 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. İşçilərin 27%-i dövlət, 73-i isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.

Son xəbərlər

Orphus sistemi