Azərbaycanda subsidiya ödənişi 26 % artırılır

Azərbaycanda subsidiya ödənişi 26 % artırılır 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən 46 istiqamətdə 1 milyard 321,2 milyon manat subsidiya ödənişi proqnozlaşdırılır.
Maliyyə
18 Noyabr , 2024 11:26
Azərbaycanda subsidiya ödənişi 26 % artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən 46 istiqamətdə 1 milyard 321,2 milyon manat subsidiya ödənişi proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 26,1 % çoxdur.

Gələn il dövlət müəssisələrinə subsidiyalarda azalma, qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə subsidiyalarda isə artım nəzərdə tutulur.

2024-cü ildə olduğu kimi, 2025-ci ildə də hüquqi şəxslərə subsidiyalar cəmi subsidiyalarda ən böyük paya (62 %) malik olacaq.

Dövlət müəssisələrinə subsidiyaların azalması əsasən "Bakı Metropoliteni" QSC və "Təmiz Şəhər" ASC-yə, eləcə də Gənclər və İdman Nazirliyinə subsidiyaların azalması ilə bağlıdır. Palatanın apardığı kənar dövlət maliyyə nəzarəti tədbirləri bu istiqamətlərdə subsidiyaların azaldılmasının zəruriliyini göstərib.

Son xəbərlər

Orphus sistemi