Azərbaycanın əmək bazarında şəffaflaşma prosesləri nəticəsində işçi sayının və əmək haqqı fondunun artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 % artaraq 895,3 milyon manat təşkil edib, proqnoz 113,6 % icra edilib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,8 % artıb, proqnoz 115,9 % icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 9,8 % artaraq 30,3 milyon manat təşkil edib, proqnoz 112,1 % icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 15,7 % artıb, proqnoz 110,9 % icra edilib.
Bu ilin birinci rübündə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 112,3 milyon manat olub, büdcəyə nəzərdə tutulandan 25,5 milyon manat artıq vəsait daxil olub.