Azərbaycanda şirkətlərin işçilərin dələduzluğu sığortasına marağı artıb

Azərbaycanda şirkətlərin işçilərin dələduzluğu sığortasına marağı artıb Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb.
Maliyyə
31 Oktyabr , 2018 16:15
Azərbaycanda şirkətlərin işçilərin dələduzluğu sığortasına marağı artıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb.

“Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr ayları ərzində işçilərin dələduzluğu sığortası üzrə sığorta şirkətlərinin yığımları 599 min manat təşkil edib. Bu, yanvar-avqust ayları ilə müqayisədə 382,5 min manat və ya 2,8 dəfə çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisə etsək, ölkədə bu sığorta sinifi üzrə daxilolmalar 70 min manat və ya 10,46% azalıb.

Bu ilin yanvar-sentyabr aylarında işçilərin dələduzluğu sığortası üzrə ödəniş aparılmayıb. Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında eyni sığorta sinfi üzrə ödənişlər 1,719 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi