Azərbaycanda sığortalı əmanətlərin məbləği 2 dəfəyə yaxın azalacaq

Azərbaycanda sığortalı əmanətlərin məbləği 2 dəfəyə yaxın azalacaq “Azərbaycan hökuməti əmanətlərin tam sığortalanması mexanizmindən mərhələli şəkildə imtina etməyi və limitli sığortalanma mexanizminə keçməyi planlaşdırır”.
Maliyyə
387
8 Dekabr , 2020 11:47
Azərbaycanda sığortalı əmanətlərin məbləği 2 dəfəyə yaxın azalacaq

“Azərbaycan hökuməti əmanətlərin tam sığortalanması mexanizmindən mərhələli şəkildə imtina etməyi və limitli sığortalanma mexanizminə keçməyi planlaşdırır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfransında bildirib.

“Bildiyiniz kimi, “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi hazırlanaraq Milli Məclisə göndərilib. Sənədə əsasən, gələn il aprelin 5-dən (“Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvədən düşdükdən sonra) əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata qaldırılacaq, həmçinin fərdi sahibkarların bank hesablarındakı vəsaitlərin 20 min manata qədər hissəsi sığortalanacaq. Bununla da, hazırda məbləği 6,5 milyard manat olan sığortalı əmanətlər 2 dəfəyə yaxın azalaraq 3,5 milyard manata düşəcək”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi