Azərbaycanda sığortaçıların sistem üçün əhəmiyyətinin müəyyən edilməsi meyarları təsdiqlənib

Azərbaycanda sığortaçıların sistem üçün əhəmiyyətinin müəyyən edilməsi meyarları təsdiqlənib Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları”nı təsdiqləyib.
Maliyyə
13 Fevral , 2024 09:59
Azərbaycanda sığortaçıların sistem üçün əhəmiyyətinin müəyyən edilməsi meyarları təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları”nı təsdiqləyib.

“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, sığortaçının sistem əhəmiyyətli olub-olmaması həyat və qeyri-həyat sığortası üzrə ayrıca müəyyən ediləcək. Müstəsna olaraq təkrarsığortaçının sistem əhəmiyyətliliyi qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçılarla birlikdə qiymətləndiriləcək. Müştərək sığortaçılar isə sistem əhəmiyyətliliyin müəyyən edilməsində iştirak etməyəcək.

Bundan başqa, sığortaçının sistem əhəmiyyətliliyi aşağıdakı cədvəldəki göstəricilər vasitəsilə qiymətləndiriləcək:

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi