Azərbaycanda “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası” dəyişib

Azərbaycanda “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası” dəyişib Nazirlər Kabineti 3 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”na dəyişiklik edib.
Maliyyə
8 aprel 2025 18:00
Azərbaycanda “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası” dəyişib

Nazirlər Kabineti 3 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nda dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra ölkə Prezidentinin müvafiq aktı ilə müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə yanaşı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi həyata keçirəcək.

Orphus sistemi