Azərbaycanda şəxsi istehlak gələn ildən daha da artacaq
- 08 oktyabr, 2021
- 10:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda şəxsi istehlakın bu il 1,5 faiz bəndi, 2022-ci ildə isə 2,1 faiz bəndi artması gözlənilir.
“Report” xəbər verir ki, bu barədə “Fitch Solutions” şirkətinin hesabatında deyilir.
Sənədə əsasən, əksər iqtisadiyyatlarda olduğu kimi, pandemiya ötən il Azərbaycanda ümumi daxili məhsulunun (ÜDM) bu komponentinə daha çox ziyan vurub.
Bundan başqa, pandemiya ilə bağlı tətbiq edilən karantin tədbirlərinin iş bazarına mənfi təsirləri xüsusi ilə ev təsərrüfatlarının gəlirlərinə ağır zərbə vurub.
"Bu il və 2022-ci ildə işsizlik nisbətinin sabit qalacağını gözləsək də, əmək bazarında iqtisadiyyatın yenidən açılması fonunda yaxşılaşma görüləcək", - hesabatda deilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda işsizlik 2019-çu ildə 4,8 % olub, 2020-ci ildə isə 6,3 %-ə yüksəlib. Qonaqlama və ictimai iaşə sektoru 19,4 %-lik kiçilmə ilə işçi sayının ən kəskin azaldığı sektor olub.
Sentyabrın 1-də qəbul edilmiş qərara görə, dövlət işçilərinin 80 %-nin oktyabrın 1-nə qədər tam peyvənd olunmalıdır. Bu, dövlət xidmətlərində çalışanlara da aiddir. Həmçinin, 18 yaşından yuxarı şagirdlərin də təhsil müəssisələrinə daxil olmaları üçün peyvənd sertifikatları lazımdır. Alış -veriş mərkəzləri, restoranlar və konsert salonları kimi ictimai yerlərə giriş üçün məcburi peyvənd pasportu tələbi də tətbiq edilib. Ancaq, peyvəndin yayılması ilə birliktə, hökumətin yüksək karantin tədbirləri tətbiq etmə riski də aradan qalxacaq və bununla da önümüzdəki aylarda iqtisadi aktivlikdəki bərpa da güclənəcək.