Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortasına maraq artıb

Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortasına maraq artıb Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 76%-i yaşayış evləri və mənzillərlə bağlı olub
Maliyyə
4 Mart , 2015 19:09
Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortasına maraq artıb

Bakı. 4 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində Azərbaycanda daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 14 218 sığorta müqaviləsi bağlanıb. Bu barədə "Report"a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

Məlumata görə, hesabat ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13 448, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 712, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 58 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 3,808 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 49,2 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 11,0 min manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 7% azalma, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 57%, sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin sayında 5,8 dəfə artım müşahidə edilib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 76,03%-i yaşayış evləri və mənzillər, 0,42%-i inzibati binalar, 23,55%-i digər daşınmaz əmlakla bağlı olub. İcbari qaydada sığortalanmış daşınmaz əmlakların şəhər və rayonlar üzrə bölgüsü isə aşağıdakı kimi olub:

Son xəbərlər

Orphus sistemi