Azərbaycanda sənaye istehsalı cüzi azalıb

Azərbaycanda sənaye istehsalı cüzi azalıb Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 23,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% az sənaye məhsulu istehsal edib.
Sənaye
15 İyul , 2021 09:58
Azərbaycanda sənaye istehsalı cüzi azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 23,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% az sənaye məhsulu istehsal edib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, azalma neft-qaz sektorunda məhsul istehsalının 3,2% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,6% artıb.

Sənaye məhsulunun 62,6%-i mədənçıxarma sektorunda, 31,3%-i emal sektorunda, 5,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,7% azalıb, əmtəəlik qaz hasilatı isə 8,8% artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,2 dəfə, tütün məmulatlarının istehsalı 80,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 78,2%, elektrik avadanlıqlarının istehsalı 60,6%, maşın və avadanlıqların istehsalı 48,3%, toxuculuq sənayesi məhsullarının istehsalı 48,1%, tikinti materiallarının istehsalı 40,2%, kağız və karton istehsalı 34,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 29,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 24%, geyim istehsalı 10,7%, metallurgiya sənayesi məhsullarının istehsalı 9,4%, qida məhsullarının istehsalı 8,1%, neft məhsullarının istehsalı 5,5%, hazır metal məmulatlarının istehsalı 3,4% artıb, içkilərin istehsalı 5%, kimya sənayesi məhsullarının istehsalı 5,3%, mebel istehsalı 24,6%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,1%, poliqrafiya məhsullarının istehsalı 52,9%, sair nəqliyyat vasitələrinin istehsalı 69,1% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,2% artıb.

Son xəbərlər

Orphus sistemi