Azərbaycanda qiymət fərqindən daxilolmalar üzrə yığımlar proqnozdan 7 % az olub

Azərbaycanda qiymət fərqindən daxilolmalar üzrə yığımlar proqnozdan 7 % az olub 2023-cü ildə Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə daxilolmalar 186 milyon manat proqnoza qarşı icra 173,8 milyon manat (12,2 milyon manat və
Maliyyə
23 May , 2024 11:26
Azərbaycanda qiymət fərqindən daxilolmalar üzrə yığımlar proqnozdan 7 % az olub

2023-cü ildə Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə daxilolmalar 186 milyon manat proqnoza qarşı icra 173,8 milyon manat (12,2 milyon manat və yaxud 6,6 % az) icra olunub.

"Report" bu barədə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, proqnozun özünü doğrultmaması təbii qazın və dizel yanacağının ixracının nəzərdə tutulandan az olması ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi