Azərbaycanda qeyri-neft sektoruna investisyalar azalıb

Azərbaycanda qeyri-neft sektoruna investisyalar azalıb Neft bölməsinə vəsait qoyuluşu isə son bir ildə iki 2 dəfə artıb
Maliyyə
28 Fevral , 2015 16:06
Azərbaycanda qeyri-neft sektoruna investisyalar azalıb

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanda qeyri-neft sektoruna investisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% azalaraq 2015-ci ilin yanvar ayında 245,3 mln. manat təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qeyri-neft bölməsinin inkişafına sərf edilmiş vəsaitin 25,1 mln. manatı (ümumi sərmayənin 3,7%-i) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib, 81,9%-i dövlət müəssisə və təşkilatlarının payına düşüb.

Cari ilin yanvar ayında neft bölməsinə vəsait qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfə artaraq 437,4 mln. manata çatıb. Beləliklə, yanvarda ölkə iqtisadiyytaına sərmayə qoyuluşunun 64,1%-i neft, 35,9%-i qeyri-neft sektorunun payına düşüb.

Qeyd edək ki, hesabat ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 682,7 mln. manat yönəldilib, onun 73,6%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəllki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,9%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 16,8% artıb.

Məhsul istehsalı obyektlərinin inşasına 585,6 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 97,1 mln. manat yönəldilib, ümumi sərmayənin 35,1%-i dövlət, 64,9%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 38,0%-ni təşkil edib, onun 79,1%-i dövlət bölməsinin payına düşüb.

Bu ilin yanvar ayında Azərbaycanda xarici mənbələrdən əsas kapitala 423,3 mln. manat vəsait yönəldilib ki, bu da ölkə iqtisadiyyatına qoyulan məcmu investisiyaların 62%-nə bərabərdir. Ölkəyə xarici investisiya yatırımında 2014-cü ilin eyni dövrü ilə müqayisədə kəskin, 95,6% artım müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi