Azərbaycanda 8 ayda vergi daxilolmaları 11 milyard manatı keçib

Azərbaycanda 8 ayda vergi daxilolmaları 11 milyard manatı keçib Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xəttilə dövlət büdcəsinə 11 milyard 227 milyon 501,6 min manat vergi daxil olub.
Maliyyə
11 Sentyabr , 2024 13:34
Azərbaycanda 8 ayda vergi daxilolmaları 11 milyard manatı keçib

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 11 milyard 227,5 milyon manat vergi daxil olub.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 % azdır.

8 aylıq vergi daxilolmalarının 7 milyard 744,2 milyon manatı və yaxud 69 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 12,8 % çoxdur.

Son xəbərlər

Orphus sistemi