Azərbaycanda qeyri-həyat sığortası bazarı təxminən 2 % böyüyüb

Maliyyə
  • 02 noyabr, 2024
  • 10:11
Azərbaycanda qeyri-həyat sığortası bazarı təxminən 2 % böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 463,569 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 7,5 % artaraq 190,663 milyon manata çatıb.

Beləliklə, 9 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 38,9 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 23,707 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 553,746 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,3 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 42,8 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti