Azərbaycanda qeyri-həyat sığortası bazarı 4 %-ə yaxın böyüyüb

Maliyyə
  • 31 dekabr, 2024
  • 08:39
Azərbaycanda qeyri-həyat sığortası bazarı 4 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 555,335 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 9,4 % artaraq 243,346 milyon manata çatıb.

Beləliklə, 11 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 41,5 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 222,166 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 10,3 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 694,053 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 39,5 % çoxdur.

11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,9 manat olub.