Azərbaycanda qeyri-həyat sığortası bazarı 2 % böyüyüb

Maliyyə
  • 24 avqust, 2024
  • 07:45
Azərbaycanda qeyri-həyat sığortası bazarı 2 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 379,805 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 25,4 % artaraq 144,489 milyon manata çatıb.

Beləliklə, 7 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 38 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 30,9 manat olub.

Xatırladaq ki, yanvar-iyul aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 833,581 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440,192 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,6 % çoxdur.

7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 37,1 manat olub.

44 filmi