Azərbaycanda qeyri-bank təşkilatlarının məcmu kapitalı 15% artıb

Azərbaycanda qeyri-bank təşkilatlarının məcmu kapitalı 15% artıb BOKT-ların məcmu aktivləri isə illik müqayisədə 26% artıb
Maliyyə
8 Dekabr , 2014 14:15
Azərbaycanda qeyri-bank təşkilatlarının məcmu kapitalı 15% artıb
Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) məcmu nizamnamə kapitalının həcmi 2014-cü il oktyabrın 1-nə 83,44 mln. manata çatıb. "Report"un Azərbaycan Məkəzi Bankının hesabatına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4% çoxdur.

Hesabata əsasən, kapitalın 23,11 mln. manatı kredit ittifaqları, 47,61 mln. manatı beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatları, 12,72 mln. manatı digər BOKT-ların payına düşüb. Bu göstəricilər illik müqayisədə müvafiq olaraq 1,1%, 44,8% artıb və 32,0% azalıb.

Bununla yanaşı, BOKT-ların məcmu aktivləri illik müqayisədə 25,5% artaraq oktyabrın 1-nə 614, 6 mln. manat təşkil edib. Aktivlərin 59,98 mln. manatı kredit ittifaqları, 524,87 mln. manatı beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatları, 29,75 mln. manatı isə digər bank olmayan kredit təşkilatlarının payına düşüb.

Son xəbərlər

Orphus sistemi