​Azərbaycanda pul bazası yenidən azalmağa başlayıb

​Azərbaycanda pul bazası yenidən azalmağa başlayıb Pul bazasının həcmi iyulda 51,3 mln. manat və ya 0,7% azalıb
Maliyyə
104
1 Avqust , 2016 17:40
​Azərbaycanda pul bazası yenidən azalmağa başlayıb

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycanda pul bazasının həcmi 2016-cı ilin iyul ayı ərzində 51,3 mln. manat və ya 0,67% azalaraq avqustun 1-nə 7 689,4 mln. manat təşkil edib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu, ilin əvvəlindən bəri qeydə alınan ikinci aylıq azalmadır (ilk dəfə yanvarda qeydə alınıb).

Pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 170,6 mln. manat və ya 2,28% artıb.

Xatırladaq ki, pul bazasının həcmi 2015-ci il yanvarın 1-nə 11 541,9 mln. manat, fevralın 1-nə 10 551,0 mln. manat, martın 1-nə 9 109,9 mln. manat, aprelin 1-nə 8 339,4 mln. manat, mayın 1-nə 7 418,6 mln. manat, iyunun 1-nə 7 597,3 mln. manat, iyulun 1-nə 7 487,0 mln. manat, avqustun 1-nə 7 467,5 mln. manat, sentyabrın 1-nə 6 352,1 mln. manat, oktyabrın 1-nə 7 050,4 mln. manat, noyabrın 1-nə 7 055,9 mln. manat, dekabrın 1-nə 6 730,6 mln. manat, 2016-cı il yanvarın 1-nə 6 901,8 mln. manat, fevralın 1-nə 5 787,4 mln. manat, martın 1-nə 6 388,5 manat, aprelin 1-nə 6 535,8 mln. manat, mayın 1-nə 6 726,1 mln. manat, iyunun 1-nə 7 641,6 mln. manat, iyulun 1-nə isə 7 689,4 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi