Bakı. 11 may. REPORT.AZ/ Azərbaycanda aprel ayının 1-ə kredit təşkilatlarının vaxtı keşmiş kreditləri ümumi kreditlərin 5,9%-ni təşkil edib. Bu barədə "Report" Mərkəzi Bankın məlumatına əsasən xəbər verir.
Qeyd edək ki, bu göstərici mart ayının 1-də 5,5%-ə bərabər olub. Ümumilikdə isə problemli kreditlərin artımı 7% təşkil edir. İlin əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kreditlərdə payı 5,2%, keçən ilin müvafiq dövründə isə 5,4% olub.
Ümumiyyətlə isə iqtisadiyyata kredit qoyuluşu üzrə göstəricidə ciddi dəyişiklik olmayıb və bu 20 632,3 mln. manat təşkil edib. Bu göstəriciyə görə, ötən ayla müqayisədə 65 mln. manat və ya 0,3% azalma qeydə alınıb.