Azərbaycanda problemli kreditlərə ayrılan ehtiyatların payı artıb

Azərbaycanda problemli kreditlərə ayrılan ehtiyatların payı artıb Bank sektorunun valyutada qısa mövqeyi isə hələ də yüksəkdir
Maliyyə
16 Mart , 2017 16:57
Azərbaycanda problemli kreditlərə ayrılan ehtiyatların payı artıb

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının problemli kreditlərlə bağlı ayrılan ehtiyatların nisbəti 55%-ə çatıb. 

"Report" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MNBP) şöbə müdiri Rüstəm Tahirov bildirib. 

R.Tahirov qeyd edib ki, Azərbaycanın bank sektoru üzrə bu nisbət gösyəricisi 2016-cı ilin ilk rübündə 39% , II rübdə 45%, III rübdə isə 56% olub. Problemli kreditlərin məcmu kredit portfelinə xüsusi çəkisi isə 2016-cı ilin yekununda 21% və ya 3,347 mlrd. manat təşkil edib.

Ötən ilin ilk rübündə bank sektorunun aktivləri üzrə 61% olan dollarlaşma dərəcəsi, son rübdə 44%-ə enib. Eyni zamanda, öhdəliklər 72%-dən 67%-ə düşüb. Bu da onu göstərir ki, aktivlərlə passivlər arasında fərq və ya valyutada qısa mövqe hələ də xeyli yüksəkdir.

Son xəbərlər

Orphus sistemi