Azərbaycanda problemli kreditlər yenidən azalıb

Azərbaycanda problemli kreditlər yenidən azalıb Bu rəqəm sentyabrın 1-nə 1 772,4 mln. manat təşkil edib
Maliyyə
109
4 Oktyabr , 2018 16:49
Azərbaycanda problemli kreditlər yenidən azalıb
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 772,4 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,5% azdır.

İlin əvvəlinə nisbətən problemli kreditlər 9% artıb, ötən il sentyabrın 1-nə nisbətən isə 2,8% azalıb.

Avqustun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,4% təşkil edib. Bu nisbət iyulun sonuna 14,6%, ötən ilin sonuna 13,8%, ötən il avqustun sonuna isə 14,7% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi