Azərbaycanda problemli kreditlər yenidən artıb

Azərbaycanda problemli kreditlər yenidən artıb Bu rəqəm bu il fevralın 1-nə 1 695,9 mln. manat təşkil edib
Maliyyə
7 Mart , 2018 15:52
Azərbaycanda problemli kreditlər yenidən artıb
Report

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1 695,9 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 69,2 mln. manat və yaxud 4,25% çoxdur.

Son 1 ildə isə problemli kreditlər 62,8 mln. manat və yaxud 3,85% artıb.

Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,5% təşkil edib. Bu nisbət ilin əvvəlində 13,8%, ötən il yanvarın sonunda isə 9,8% olub. 

Son xəbərlər

Orphus sistemi