Azərbaycanda POS-terminalların sayı bu il 8% azalıb

Azərbaycanda POS-terminalların sayı bu il 8% azalıb Təkcə aprel ayında POS-terminalların ümumi sayı 2% və ya 1 603 ədəd azalıb
Maliyyə
13 İyun , 2016 14:59
Azərbaycanda POS-terminalların sayı bu il 8% azalıb

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanda bu ilin aprel ayı ərzində POS-terminalların ümumi sayı 2,12% və ya 1 603 ədəd azalaraq mayın 1-nə 73 960 ədəd təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, ilin əvvəli ilə müqayisədə bu göstərici 6 341 ədəd və ya 7,9% azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,23% və ya 4 079 ədəd azalma müşahidə olunub. 

Ölkə üzrə mövcud POS-terminalların 42 762 ədədi və ya 57,8%-i Bakıda, 42,2%-i və ya 31 198 ədədi regionlarda yerləşir.

Qeyd edək ki, 2016-cı il mayın 1-nə Azərbaycan əhalisinin hər 130 nəfərinə 1 POS-terminal düşüb.

Son xəbərlər

Orphus sistemi