Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb
- 11 fevral, 2022
- 08:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,6 milyard manatlıq, o cümlədən 2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 %, qeyri-ərzaq malları üzrə 3,5 % artıb.
Hesabat ayında əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
| Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2021-ci ilin yanvar ayına nisbətən, faizlə |
| Pərakəndə ticarət dövriyyəsi | 3 630,3 | 102,9 |
| o cümlədən: | ||
| ərzaq məhsulları | 1 780,6 | 102,8 |
| içkilər və tütün məmulatları | 217,4 | 100,6 |
| toxuculuq məhsulları, geyim və ayaqqabılar | 536,4 | 100,5 |
| elektrik malları və mebellər | 171,4 | 100,3 |
| kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 35,2 | 156,0 |
| əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 96,1 | 137,4 |
| avtomobil benzini və dizel yanacağı | 182,4 | 106,0 |
| digər qeyri-ərzaq malları | 610,8 | 100,2 |
2022-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49 %-i ərzaq məhsullarının, 6 %-i içkilər və tütün məmulatlarının, 14,8 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5 %-i avtomobil benzini və dizel yanacağının, 4,7 %-i elektrik malları və mebellərin, 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə 3,3 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ini təşkil edib.
2021-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,1 %, fərdi sahibkarlar üzrə 0,2 %, bazar və yarmarkalarda 1,7 % artıb.
Hesabat ayında pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 361,7 manatlıq, o cümlədən 199,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 162,6 manatlıq qeyri-ərzaq malları alıb.