Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb 2021-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Maliyyə
14 Yanvar , 2022 17:25
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

2021-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 %, qeyri-ərzaq malları üzrə 3,9 % artıb.

Hesabat ilində əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir,

milyon manatla

2020-ci ilə nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi 44 217,5 103,2
o cümlədən:
ərzaq məhsulları 21 743,6 102,8
içkilər və tütün məmulatları 2 287,8 100,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar 6 809,0 102,0
elektrik malları və mebellər 2 278,3 101,5
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 439,7 123,2
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 952,0 124,8
avtomobil benzini və dizel yanacağı 2 494,3 103,9
digər qeyri-ərzaq malları 7 212,8 103,0

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 54,3 %-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,4 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 %-i avtomobil benzini və dizel yanacağının, 5,2 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ildə istehlak mallarının dəyər ifadəsində 26,3 %-ni ticarət müəssisələri, 52,2 %-ni fərdi sahibkarlar, 21,5 %-ni isə bazar və yarmarkalar satıb. 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,6 % artıb, fərdi sahibkarlar üzrə 1,5 %, bazar və yarmarkalarda 2,1 % azalıb.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 367,8 manatlıq, o cümlədən 199,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 167,9 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər

Orphus sistemi