Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22,5 milyard manatlıq, o cümlədən 12,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Maliyyə
18 İyul , 2022 12:06
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22,5 milyard manatlıq, o cümlədən 12,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 %, qeyri-ərzaq malları üzrə 3,6 % artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 373,5 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 50,7 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 209,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 163,9 manatlıq qeyri-ərzaq malları alıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,1 %-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 12,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 %-i avtomobil benzini və dizel yanacağının, 4,8 %-i elektrik malları və mebellərin, 2,5 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,1 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Son xəbərlər

Orphus sistemi