Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% azalıb - YENİLƏNİB

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% azalıb - YENİLƏNİB Bu ilin I yarısında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin dəyəri 3 339,9 milyon manat təşkil edib.
Maliyyə
16 İyul , 2020 12:49
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% azalıb - YENİLƏNİB

İlk xəbər iyulun 15-i, saat 17:03-də verilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18 245,7 milyon manatlıq, o cümlədən 9 729,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8 516 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 1,8 dəfə cox olub.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2019-cu ilin yanvar - iyun aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 18 245,7 98,1
o cümlədən:
ərzaq məhsulları 8 762,4 103,4
içkilər və tütün məmulatları 967,3 100,6
toxuculuq məhsulları, geyim və ayaqqabılar 2 678,9 80,6
elektrik malları və mebellər 1 005,6 94,1
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 138,5 99,5
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 319,6 134,5
avtomobil benzini və dizel yanacağı 988,1 99,8
digər qeyri-ərzaq malları 3 385,3 99,5

2020-ci ilin yanvar-iyun aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48%-i ərzaq məhsullarının, 5,3%-i içkilər və tütün məmulatlarının, 14,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 1,7%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Cari ilin birinci yarısında istehlak məhsullarının dəyər ifadəsində 23,5%-i ticarət müəssisələri, 50,4%-i fərdi sahibkarlar tərəfindən, 26,1%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 15,1%, fərdi sahibkarlar üzrə 0,7% artıb, bazar və yarmarkalarda isə 17,2%-i azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,3 manat və yaxud 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,5 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər

Orphus sistemi