Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb 2021-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22931,1 milyon manatlıq, o cümlədən 12379,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10551,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Maliyyə
11 Avqust , 2021 13:47
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

2021-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsi.ndə istehlakçılara 22931,1 milyon manatlıq, o cümlədən 12379,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10551,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə “Report”a Statistika Komitəsindən bildirilib. 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 %, qeyri-ərzaq malları üzrə 2,8 % artıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2020-ci ilin yanvar-iyul aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

22 931,1

102,6

o cümlədən:

ərzaq məhsulları

11 176,2

102,5

içkilər və tütün məmulatları

1 203,2

100,7

toxuculuq məhsulları, geyim və ayaqqabılar

3 152,7

102,4

elektrik malları və mebellər

1 193,7

101,0

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

193,9

118,6

əczaçılıq məhsulları və tibbi ləvazimatlar

505,4

131,3

avtomobil benzini və dizel yanacağı

1 393,5

103,1

digər qeyri-ərzaq malları

4 112,5

100,3

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 %-i ərzaq məhsullarının, 5,3 %-i içkilər və tütün məmulatlarının, 13,8 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 %-i avtomobil benzini və dizel yanacağının, 5,2 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-iyul aylarında istehlak mallarının dəyər ifadəsində 27,6 %-i ticarət müəssisələri, 49,5 %-i fərdi sahibkarlar tərəfindən, 22,9 %- isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,7 %, fərdi sahibkarlar üzrə 0,5 % artmış, bazar və yarmarkalarda isə 11 % azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 327,2 manatlıq, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər

Orphus sistemi