Azərbaycanda özəl universitet mənfəətini 9 dəfə artırıb
- 27 sentyabr, 2021
- 13:03
Yeniliklərdən dərhal xəbərdar olun!
“Xəzər Universiteti” 2020-ci ili 1,773 milyon manat mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 8,9 dəfə çoxdur.
Ötən il “Xəzər Universiteti”nin gəlirləri 6,87 milyon manat (əvvəlki ilə nisbətən 26,15% çox), xərcləri isə 5,098 milyon manat (2,9% az) təşkil edib. Ali təhsil müəssisəsi mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Xəzər Universiteti”nin aktivləri 15,221 milyon manat olub ki, bu da illik müqayisədə 9,2% çoxdur. Hesabat dövründə universitetin öhdəlikləri 4,3% azalaraq 6,912 milyon manata düşüb, balans kapitalı isə 23,8% artaraq 8,309 milyon manata çatıb.
Xatırladaq ki, “Xəzər Universiteti” 1995-ci ildə yaradılıb.Onun təsisçiləri hər biri 50% payla Hamlet İsayev və Nailəxanın İsayevadır.