Azərbaycanda ötən il pərakəndə ticarət dövriyyəsinin dəyəri 1,3 % azalıb

Azərbaycanda ötən il pərakəndə ticarət dövriyyəsinin dəyəri 1,3 % azalıb 2020-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin dəyəri 40 mlrd 166,5 mln manat təşkil edib
Maliyyə
13 Yanvar , 2021 10:30
Azərbaycanda ötən il pərakəndə ticarət dövriyyəsinin dəyəri 1,3 % azalıb

2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq, o cümlədən 21,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 %, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 % azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,4 % artıb.

Hesabat ilində əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2019-cu ilə nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 40 166,5 98,7
o cümlədən:
ərzaq məhsulları 19 516,3 103,7
içkilər və tütün məmulatları 2 168,5 100,5
toxuculuq məhsulları, geyim və ayaqqabılar 6 415,1 90,9
elektrik malları və mebellər 2 172,3 91,8
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 344,7 101,3
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 748,9 140,5
avtomobil benzini və dizel yanacağı 2 040,8 87,5
digər qeyri-ərzaq malları 6 759,9 95,8

2020-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 %-i ərzaq məhsullarının, 5,4 %-i içkilər və tütün məmulatlarının, 16 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 %-i elektrik malları və mebellərin, 5,1 %-i avtomobil benzini və dizel yanacağının, 1,8 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat ilində istehlak məhsullarının dəyər ifadəsində 22,7 %-i ticarət müəssisələrində, 54,6 %-i fərdi sahibkarlar tərəfindən, 22,7 %-i isə bazar-yarmarkalarda satılıb. 2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,6 %, fərdi sahibkarlar üzrə 3,8 % artıb, bazar və yarmarkalarda isə 17,2 % azalıb.

2020-ci ildə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 335,6 manatlıq, o cümlədən 181,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,4 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər

Orphus sistemi