Azərbaycanda ötən il məcburi audit subyektlərinin 42 %-ə yaxını müstəqil yoxlamadan keçib

Azərbaycanda ötən il məcburi audit subyektlərinin 42 %-ə yaxını müstəqil yoxlamadan keçib Vahid Novruzov: “Ötən il məcburi audit subyektindən yalnız 41,5 %-i maliyyə hesabatlarını müstəqil auditdən keçirib”
Maliyyə
22 aprel 2025 16:12
Azərbaycanda ötən il məcburi audit subyektlərinin 42 %-ə yaxını müstəqil yoxlamadan keçib
Vahid Novruzov

2024-cü ildə Azərbaycanda üəyyən edilmiş 5 432 məcburi audit subyektindən 2 256-sı və yaxud 41,5 %-i maliyyə hesabatlarını müstəqil auditdən keçirib.

Bunu “Report”a müsahibəsindəAuditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, son illərdə Maliyyə Nazirliyi ilə birgə səylər nəticəsində audit sahəsində müsbət dinamika müşahidə olunur.

“Belə ki, 2020–2024-cü illər ərzində auditdən keçmə səviyyəsi 48,7 %-dən 58,5 %-ə qədər artıb. Bununla belə, aparılmış araşdırmalar və monitorinqlər göstərir ki, bir çox təsərrüfat subyekti qanunvericiliyin tələblərinə hələ də tam əməl etmir. 2024-cü ildə respublika üzrə müəyyən edilmiş 5 432 məcburi audit subyektindən yalnız 2 256-sı və ya 41,5 %-i maliyyə hesabatlarını müstəqil auditdən keçirib. Xüsusilə, 403 səhmdar cəmiyyətindən cəmi 62-si (15,4 %), 3 368 MMC-dən 1 384-ü (41,1 %), 135 publik hüquqi şəxsdən isə yalnız 48-i (35,6 %) bu tələbi yerinə yetirib”,- deyə sədr qeyd edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi