Azərbaycanda ötən il 4,7 milyard manatlıq müsabiqə əsaslı satınalma həyata keçirilib

Azərbaycanda ötən il 4,7 milyard manatlıq müsabiqə əsaslı satınalma həyata keçirilib Ötən il Azərbaycanda 4 milyard 689,9 milyon manat dəyərində 7 818 müsabiqə əsaslı satınalma keçirilib.
Maliyyə
7 Mart , 2024 11:50
Azərbaycanda ötən il 4,7 milyard manatlıq müsabiqə əsaslı satınalma həyata keçirilib

Ötən il Azərbaycanda 4 milyard 689,9 milyon manat dəyərində 7 818 müsabiqə əsaslı satınalma keçirilib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, ötən il ölkədə 2 milyard 027,2 milyon manat dəyərində 139 açıq tender, 1 milyard 630,5 milyon manat dəyərində 4 353 açıq tender (elektron), 59,6 milyon manat dəyərində 2 888 kotirovka sorğusu, 972,6 milyon manat dəyərində 438 təkliflər sorğusu keçirilib.

Son xəbərlər

Orphus sistemi