Azərbaycanda ötən il 17 auditor bazardan kənarlaşdırılıb

Azərbaycanda ötən il 17 auditor bazardan kənarlaşdırılıb 2021-ci ildə Azərbaycanda 55 sərbəst auditorun və 142 auditor təşkilatının (o cümlədən 4 böyük dördlük və 14 xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatı) auditor fəaliyyətini həyata keçirmək hüququ olub.
Maliyyə
5 May , 2022 15:22
Azərbaycanda ötən il 17 auditor bazardan kənarlaşdırılıb

2021-ci ildə Azərbaycanda 55 sərbəst auditorun və 142 auditor təşkilatının (o cümlədən 4 böyük dördlük və 14 xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatı) auditor fəaliyyətini həyata keçirmək hüququ olub.

"Report" bu barədə Auditorlar Palatasına istinadən xəbər verir.

Məlumata görə, ötən il 5 auditor təşkilatı və 4 sərbəst auditorun öz ərizələrinə əsasən, 6 auditor təşkilatı və 2 sərbəst auditorun isə Şura qərarına əsasən auditor fəaliyyətini həyata keçirmək hüququ müvəqqəti dayandırılıb.

Həmçinin 5 auditor təşkilatı və 1 sərbəst auditorun auditor fəaliyyətini həyata keçirmək hüququ bərpa edilib, 19 auditor təşkilatına və 8 sərbəst auditora auditor fəaliyyətini həyata keçirmək hüququ verilin, 1 auditor təşkilatı və 1 sərbəst auditorun auditor fəaliyyətini həyata keçirmək hüququnun müddəti bitib.

Son xəbərlər

Orphus sistemi