“Azərbaycanda 3 milyon işçi var, fiziki şəxslərdən cəmi 1,6 milyonu müqavilələr bağlayır”.
“Report” xəbər verir ki, bunu
Onu sözlərinə görə, müqavilələrin, işgüzar münasibətlərin genişlənməsinə diqqət ayrılmalıdır.
“Ölkədə minimum əməkhaqqı artırılaraq 180 manat təşkil etdi. Təbii ki, minimum əməkhaqqı ilə orta əməkhaqqı arasında nisbət artmalıdır. Heç şübhəsiz ki, orta əməkhaqqı artmalıdır. Gəlirlərin diferensasiyasını təhlil edək ki, bir sıra sahələrdə əməkhaqqı daha yüksəkdir və ya aşağıdır. Burada bir tənzimləmə olsun. Büdcədən ayrılan xərclərin sosial nəticələri qiymətləndirilməlidir, amma eyni zamanda görülən işləri qiymətləndirməliyik. Ölkə başçısı da bildirib ki, bizim büdcə sosialyönümlüdür. Həm də investisiyayönümlüdür. Ümumiyyətlə, belə bölünmə, bəlkə də, gələcəkdə lazım deyil. Amma bunu deməliyik. 15 min km yol çəkmişik. Çəkməyəydik? Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi üçün Beynəlxalq Valyuta Fondu bizə kredit ayırmadı. Biz Azərbaycan Dövlət Neft Fondundan bu vəsaiti cəlb etdik. Türkiyəyə 700 milyon dollardan artıq, İrana da həmçinin kredit ayırdıq. Biz bunları Azərbaycanın nüfuzu, təhlükəsizliyi artsın deyə etdik”, - deyə Z.Səmədzadə əlavə edib.