Azərbaycanda onlayn sığorta platforması fəaliyyətə başlayıb

Azərbaycanda onlayn sığorta platforması fəaliyyətə başlayıb Azərbaycanda “Dost Sığorta Agenti” MMC-yə məxsus onlayn sığorta platforması fəaliyyətə başlayıb.
Maliyyə
3 İyun , 2019 10:13
Azərbaycanda onlayn sığorta platforması fəaliyyətə başlayıb

Azərbaycanda “Dost Sığorta Agenti” MMC-yə məxsus onlayn sığorta platforması fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, bu barədə layihənin rəhbəri Nicat Əlibəyli məlumat verib.

Onun sözlərinə görə, www.dostsigorta.az internet səhifəsində fəaliyyət göstərən platforma vasitəsilə istənilən şəxs avtomobilinin icbari sığortasını həm yaza, həm də ödənişini edə bilər. Məqsəd onlayn sistemdən faydalanan şəxslərə daha tez və daha asan xidmət göstərməkdir:

"Dostsigorta.az saytı vasitəsi ilə vaxtınıza qənaət edərək, özünüz tez bir zamanda avtomobilinizin icbari sığortasını əldə edə biləcəksiniz.
Sayt hazırda işlək vəziyyətdədir. Hər hansı sualı olan şəxslər saytın əlaqə nömrələrinə zəng edərək, daha ətraflı məlumat ala bilərlər.

Ümumiyyətlə, onlayn sistemə keçid icbari sığorta sektorunda əvvəllər baş verən bütün söz-söhbətlərə son qoymaqdadır. Son 3-4 ilə nəzər salsaq, şikayətlərin sayı indiki dövrə nisbətdə xeyli azalıb, hətta minimuma enib. Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Sığorta Bürosu ötən il yeni bir sistem tətbiq etməklə, bir çox problemlərin qarşısını aldı və onlayn sistemin inkişafında mühüm rol oyandı.

Bizim məqsədimiz həm də sığortaçılarla sığortalılar arasında sağlam mühit formalaşdırmaq və faydalanan şəxslərə sığorta şirkətlərinə inam hissini artırmaqdır”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi