Azərbaycanda neft sektoruna investisiyalar 12% artıb

Azərbaycanda neft sektoruna investisiyalar 12% artıb Qeyri-neft sektoruna sərmayələr isə azalıb
Maliyyə
15 İyun , 2015 14:29
Azərbaycanda neft sektoruna investisiyalar 12% artıb

Bakı. 15 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatının neft bölməsinə 2 758,8 mln. manat vəsait yatırılıb. Nəticədə, neft sektoruna sərmayə qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1% artıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qeyri-neft sektoruna sərmayələrdə isə ötən ilin müavfiq dövrü ilə müqayisədə əksinə, azalma müşahidə olunub. Qeyri-neft sektoruna investisiyalar illik müqayisədə 0,1% azalaraq 3 657,5 mln. manat təşkil edib. Bu vəsaitin 414,4 mln. manatı qeyri-neft sənayə bölməsinin inkişafında istifadə olunub. Bu sahədə vəsaitin 55,0%-i qeyri-dövlət müəssisə və təşkilatlarının payına düşüb.

Bildirək ki, may ayında aprelə nisbətən neft bölməsinə sərmayə qoyuluşunda 15,3% artım, qeyri-neft bölməsi üzrə isə 16,5% azalma qeydə alınıb. Belə ki, neft sektoruna sərmayə qoyuluşu apreldə 570,9 mln. manat, mayda 658,1 mln. manat, qeyri-neft sektoruna sərmayələr isə müvafiq olaraq 1 064,9 mln. manat və 889,6 mln. manat təşkil edib. 

Qeyd edək ki, 2015-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala ümumilikdə 6 416,3 mln. manat vəsait yönəldilib. 

Son xəbərlər

Orphus sistemi