Azərbaycanda milli reytinq agentlikləri yaradıla bilər

Azərbaycanda milli reytinq agentlikləri yaradıla bilər Agentliklərin yaradılması imkanlarının qiymətləndirilməsi 2018-2019-cu illərdə aparılacaq
Maliyyə
15 Dekabr , 2016 11:06
Azərbaycanda milli reytinq agentlikləri yaradıla bilər

Bakı. 15 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla milli reytinq agentliklərinin yaradılması imkanlarını qiymətləndirəcək. Müvafiq qərara uyğun tədbirlər planı hazırlanacaq və icrasına başlanacaq.

"Report" bu barədə "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nə istinadən xəbər verir. 

"Kredit risklərinin idarə olunması üçün istifadə olunan daha qabaqcıl alətlərdən biri şirkətlərə verilən kredit reytinqidir. Kredit reytinqlərindən qiymətli kağızların emitentləri, investisiya strategiyasının müəyyənləşdirilməsi zamanı fərdi və institusional investorlar, habelə tənzimləmə və nəzarət məqsədilə aidiyyəti qurumlar faydalanır. Belə ki, fərdi reytinq əsasında kredit riskinin qiymətləndirilməsi kapital və ehtiyatlanma tələblərinin daha dəqiq müəyyən olunmasına imkan verir. Bu da ayrı-ayrı maliyyə institutlarının və bank sektorunun maliyyə dayanıqlılığının və rəqabət qabiliyyətinin artırılmasına, resursların daha səmərəli istifadəsinə zəmin yaradır. Milli reytinq agentliklərinin olmaması ilə əlaqədar bu xidmətlər yalnız beynəlxalq reytinq agentlikləri tərəfindən göstərilir. Nəticədə, az sayda iri şirkət qeyd edilmiş xidmətlərə çıxış əldə edir", - deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, milli reyitnq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsinin 2018-2019-cu illərdə icra olunması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi