Azərbaycanda MBNP-dən icazə almadan lotereyaya vaxtından əvvəl xitam verən şirkət 8 min manat cərimə edilib

Azərbaycanda MBNP-dən icazə almadan lotereyaya vaxtından əvvəl xitam verən şirkət 8 min manat cərimə edilib Bakı. 17 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “F Telecom” MMC-ni tənzimləyicinin icazəsi olmadan lotereyaya xitam verdiyinə görə 8 min manat cərimələtdirib.
Maliyyə
17 Dekabr , 2018 17:29

Bakı. 17 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “F Telecom” MMC-ni tənzimləyicinin icazəsi olmadan lotereyaya xitam verdiyinə görə 8 min manat cərimələtdirib. 

“Report”un məlumatına görə, bu barədə Palatanın vətəndaş Fuad Salmanlının müraciətinə cavab məktubunda bildirilir. 

Məlumata görə, “F Telekom” tənzimləyici qurumdan icazə almadan “Gizli rəqəm” adlı stimullaşdırıcı lotereyanı dayandırıb.  MBNP tərəfindən hüquqi şəxs olan cəmiyyət barəsində 17 sentyabr 2018-ci il tarixində İnzibari Xətalar Məcəlləsinin 429.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Nərimanov Rayon Məhkəməsinə göndərilib. Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarı ilə “F Telekom” İnzibati Xətalar Məcəlləsinin 429.3-cü maddəsi ilə təqsirli bilinib və 8 min manat cərimə edilib.

Qeyd edək ki, vətəndaş MBNP-yə bu il oktyabrın 17-də müraciət edib və son 4 ay ərzində mobil hesabından 16 manat çıxıldığı barədə şikayət edib.

Son xəbərlər

Orphus sistemi