Azərbaycanda manatla geniş pul kütləsinin həcmi iyunda cüzi azalıb

Azərbaycanda manatla geniş pul kütləsinin həcmi iyunda cüzi azalıb Bu, ilin əvvəli ilə müqayisədə 5,8 %, ötən ilin iyunun sonuna nisbətən isə 25,1 % çoxdur
Maliyyə
127
24 İyul , 2021 13:07
Azərbaycanda manatla geniş pul kütləsinin həcmi iyunda cüzi azalıb

Bu il iyulun 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 30 milyard 293,9 milyon manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, iyunun 1-i ilə müqayisədə 0,5 % az, ilin əvvəli ilə müqayisədə 3,8 %, ötən il iyulun 1-nə nisbətən isə 15,6 % çoxdur.

İyunun sonuna manatla geniş pul kütləsinin həcmi 21 milyard 480,7 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 0,6 % az, ilin əvvəli ilə müqayisədə 5,8 %, ötən ilin iyunun sonuna nisbətən isə 25,1 % çoxdur.

Son xəbərlər

Orphus sistemi