Azərbaycanda manatla geniş pul kütləsi 1 %-dən çox artıb

Azərbaycanda manatla geniş pul kütləsi 1 %-dən çox artıb Ötən il dekabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3) həcmi 44 milyard 691,8 milyon manat təşkil edib.
Maliyyə
3 Yanvar , 2025 10:37
Azərbaycanda manatla geniş pul kütləsi 1 %-dən çox artıb

Ötən ilin dekabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 44 milyard 691,8 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,5 % çox, 2024-cü ilin əvvəlinə nisbətən 0,8 % az, illik müqayisədə isə 3,1 % çoxdur.

O cümlədən, manatla pul kütləsinin (M2 aqreqatı) həcmi ötən ilin dekabrın 1-nə 34 milyard 639 milyon manat təşkil edib. Bu, aylıq göstəricidən 0,04 %, 2024-cü ilin əvvəlinə nisbətən 2,1 % az, illik müqayisədə isə 1,3 % çoxdur.

Hesabat dövrünə M1 pul aqreqatı 27 milyard 704,9 milyon manat olub ki, bu da, aylıq müqayisədə 1 % çox, 2024-cü ilin əvvəlinə nisbətən 6,7 %, illik müqayisədə 3,4 % azdır.

2024-cü ilin dekabrın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 15 milyard 613,9 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 0,9 %, ötən ilin əvvəlinə nisbətən 1,6 % az, illik müqayisədə 3,3 % çoxdur.

Son xəbərlər

Orphus sistemi