Azərbaycanda manatla banklararası kreditlər bahalaşıb

Azərbaycanda manatla banklararası kreditlər bahalaşıb Bakı. 7 may. REPORT.AZ/ Azərbaycanda manatla ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi mart ayında daha 1,61 faiz bəndi artaraq aprelin 1-nə illik 12,39% təşkil edib.
Maliyyə
7 May , 2018 17:08
Azərbaycanda manatla banklararası kreditlər bahalaşıb

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycanda manatla ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi mart ayında daha 1,61 faiz bəndi artaraq aprelin 1-nə illik 12,39% təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 6,84%-dən 5,09%-ə enib.

Qeyd edək ki, ilin əvvəlində manatda banklararası kreditlər üzrə orta faiz 11,80%, xarici valyutada isə 4,93% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi