Azərbaycanda maliyyə-lizinq şirkətinin istiqrazlarının ilk tranşı listinqə daxil edilib

Azərbaycanda maliyyə-lizinq şirkətinin istiqrazlarının ilk tranşı listinqə daxil edilib "Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycanda maliyyə-lizinq bazarında fəaliyyət göstərən “Ekolizinq” MMC-nin 500 min ABŞ dolları dəyərində istiqrazlarının 250 min ABŞ dollarlıq ilk tranşı standart bazar seqmentində listinq
Maliyyə
14 May , 2024 18:17
Azərbaycanda maliyyə-lizinq şirkətinin istiqrazlarının ilk tranşı listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycanda maliyyə-lizinq bazarında fəaliyyət göstərən “Ekolizinq” MMC-nin 500 min ABŞ dolları dəyərində istiqrazlarının 250 min ABŞ dollarlıq ilk tranşı standart bazar seqmentində listinqə daxil edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 250 ədəd faizli, adlı, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix birjanın internet səhifəsində açıqlanacaq.

İstiqrazlar 36 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin əsas anderrayteri “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızların geri alması nəzərdə tutulmayıb.

Son xəbərlər

Orphus sistemi