“Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanunun yaxın vaxtlarda qəbul edilməsi gözlənilir".
“Report” xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.
“Burada təkcə nağdsız hesablaşmalardan söhbət getmir, bu hesablaşmaları aparan təşkilatların fəaliyyətinin qanuni əsaslarının yaradılması nəzərdə tutulur”, - deyə o, qeyd edib.
Bundan başqa, Z.Nuriyevin sözlərinə görə, Azərbaycanda lombardlar haqqında yeni qanun layihəsi hazırlanıb: “Sənəd müvafiq dövlət orqanlarına təqdim edilib".