Azərbaycanda lizinq şirkətinin səhmlərinin satışı üzrə tarix açıqlanıb

Azərbaycanda lizinq şirkətinin səhmlərinin satışı üzrə tarix açıqlanıb Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin 1,3 milyon manat dəyərində olan səhmlərinə abunə yazılışı mayın 24-dən başlayacaq, 3 iş günü ərzində davam edəcək.
Maliyyə
23 May , 2024 19:16
Azərbaycanda lizinq şirkətinin səhmlərinin satışı üzrə tarix açıqlanıb

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin 1,3 milyon manat dəyərində olan səhmlərinə abunə yazılışı mayın 24-dən başlayacaq, 3 iş günü ərzində davam edəcək.

"Report" bu barədə Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir. “Legion Financial”ın səhmləri mayın 21-də BFB-nin standart bazar seqmentində listinqə daxil edilib.

Şirkət hər birinin ilkin ticarət qiyməti 100 manat olan 13 min ədəd adi, sənədsiz, adlı səhm buraxıb.

Yerləşdirmə üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.

Son xəbərlər

Orphus sistemi