Azərbaycanda könüllü sığorta bazarı 19% böyüyüb

Azərbaycanda könüllü sığorta bazarı 19% böyüyüb Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 209,8 milyon manat sığorta haqqı toplanılıb.
Maliyyə
13 İyun , 2020 16:00
Azərbaycanda könüllü sığorta bazarı 19% böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 209,8 milyon manat sığorta haqqı toplanılıb.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,1% çoxdur.

Son 1 ildə könüllü sığorta növləri üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 85,2% artaraq 80,3 milyon manat təşkil edib.

Beləliklə, 2020-ci ilin 4 ayı ərzində könüllü sığorta növlərindən yığılmış hər 100 manatın 38,3 manatı ödənişə yönəldilib. Bu rəqəm 2019-ci ilin 4 ayında 24,6 manat olub. 

Son xəbərlər

Orphus sistemi