Azərbaycanda könüllü sığorta bazarı 16% böyüyüb
Maliyyə
- 03 oktyabr, 2020
- 10:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 365,86 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9% çoxdur.
Bundan başqa, hesabat dövründə könüllü sığorta növlərinin hesabına 219,09 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu isə illik müqayisədə 76,5% çoxdur.
Beləliklə, 2020-ci ilin ilk 8 ayı ərzində könüllü sığorta növlərindən yığılmış hər 100 manatın 59,9 manatı ödənişə yönəldilib. Bu rəqəm 2019-cu ilin 8 ayında 39,3 manat olub.
Son xəbərlər
16:17
Azərbaycan duz istehsalını 14 %-dən çox artırıb
Sənaye
16:03
Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir
Futbol
16:00
Azərbaycandakı sığorta şirkətlərinin ödənilmiş mənfəət vergisinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
15:49
İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir
Futbol
15:40
Ermənistan gələn il yeni nüvə enerji blokunun seçimi ilə bağlı qərar verməyi planlaşdırır
Region
15:32
Azərbaycan ayaqqabı istehsalını 56 % artırıb
Sənaye
15:23
Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır
Region
15:17
Vəkil: Ali Məhkəmə körpənin ölümü ilə bağlı əvvəlki məhkəmədə pozuntular aşkar etdiyi üçün yeni qərar qəbul edib
Daxili siyasət
15:13
Foto
Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib
Futbol