Azərbaycanda könüllü sığorta bazarı 12 % böyüyüb
- 27 sentyabr, 2024
- 10:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 692,659 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 414,422 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 51,2 % çoxdur.
Beləliklə, 8 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 59,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 44,3 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 927,732 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,55 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 499,854 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,6 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,8 manat olub.